17:54 12.11.2021 392

Olimpiya və dünya çempionları Bakıda bir araya gəlir

Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra batut gimnastları daha bir irimiqyaslı yarışa - dünya çempionatına hazırlaşırlar.

"Gündoğar ölkə"dən sonra onların növbəti dayanacağı Azərbaycan olacaq. Milli Gimnastika Arenasında baş tutacaq yarışda batutçulara tamblinq və ikili mini-batut üzrə idmançılar da qoşulacaq. Batutçular yarışda sinxron proqramda da qüvvələrini sınayacaqlar.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakıda 33 ölkədən 266 idmançı 51 dəst medal uğrunda mübarizə aparacaq. Onlardan 160 nəfəri batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.

Batut gimnastikası (fərdi proqram)

Kişilərin mübarizəsində əsas favoritlər Belarus təmsilçisi, hazırkı Olimpiya çempionu İvan Litvinoviç və Tokio-2020-nin bürünc medalçısı Dilan Şmidtdir (Yeni Zelandiya).

Yarışda həmçinin dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov, Mixail Melnik (hər ikisi Rusiya Gimnastika Federasiyası) və Morante Allen (Fransa) çıxış edəcəklər.

Qadınların fərdi yarışlarında isə favorit sonuncu Olimpiya Oyunlarının bürünc medalçısı britaniyalı Brioni Peycdir.

2017-ci ildə keçirilən dünya çempionatının qalibi, 40 yaşlı Belarus təmsilçisi Katrina Petreniyanın da mundialın iştirakçıları arasında olduğunu vurğulamalıyıq.

Batut gimnastikası (sinxron proqram)

Sinxron cütlüklərin yarışında Yaponiya təmsilçiləri - dünya çempionu Takaqi Yumi və Tamura Narumi mükafatçılar sırasında yer almağa çalışacaqlar. Kanadalı gimnastlar - dünya çempionatının mükafatçıları Milyet Sara və Meto Sofiane, belaruslu cütlük Katrina Petreniya və Viktoriya Kuidan da medallara iddialıdırlar. 

Kişilərin sinxron proqram üzrə yarışlarında təcrübəli batutçular rusiyalı Dmitri Uşakov və Nikita Fedorenka gənc rəqiblərini üstələməyə çalışacaqlar.

İkili mini-batut

İkili mini-batut yarışlarında dəfələrlə dünya çempionu Mixail Zalomin (Rusiya Gimnastika Federasiyası) və ikiqat dünya birincisi Lina Syoberq (İsveç) əsas favoritlərdir.

Tamblinq

Mundialda Azərbaycanın yeganə təmsilçisi Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin olacaq. O, tamblinq üzrə yarışlarda fəxri kürsüdə yer almağa çalışacaq. 25 yaşlı idmançımızın əsas rəqiblərinin dünya çempionları rusiyalı Vadim Afanasev və Aleksandr Lisitinin olacağı gözlənilir.

Qadın tamblinqçilərdən isə son dünya çempionatının qalibi rusiyalı Viktoriya Danilenko və dünya ikincisi britaniyalı Şanis Devidson daha iddialı təsir bağışlayırlar.

Qeyd edək ki, dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X