Sloveniyanın Çatej şəhərində kişi və qadın şahmat yığmaları arasında Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi ilk turda İtaliya, qadın komandamız Türkiyə kollektivi ilə qarşılaşıb.
Hər iki yığmamız rəqibini tam üstünlüklə məğlub edib - 4:0.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.
Avropa çempionatı
I tur
Kişilər
Azərbaycan - İtaliya 4:0
Şəhriyar Məmmədyarov - Daniel Vokaturo 1:0
Rauf Məmmədov - Luka Moroni 1:0
Qədir Hüseynov - Alessio Valçesi 1:0
Nicat Abasov - Françesko Sonis 1:0
Qadınlar
Azərbaycan - Türkiyə 4:0
Günay Məmmədzadə - Sila Çağlar 1:0
Gülnar Məmmədova - Buse Naz Koçyigit 1:0
Xanım Balacayeva - Gülenay Aydın 1:0
Gövhər Beydullayeva - Çiğdem Onur 1:0