Futbol üzrə Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, ikiqat dünya çempionları səfərdə Uruqvayla qarşılaşıb.
"Kampeon del Siqlo" stadionundakı qarşılaşma Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Anxel Di Mariya vurub.
Lionel Messi 76-cı dəqiqədə meydana daxil olub.
28 xalla turnir cədvəlində ikinci yerdə olan Argentina noyabrın 17-də qrup birincisi Braziliyanı qəbul edəcək, Uruqvay isə (16 xal) Boliviyanın qonağı olacaq.