Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət yığmalarımızın üçüncü tur üçün heyətləri məlum olub.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gələcək. Qadınlar isə Gürcüstan kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa çempionatı, III tur
Kişilər
Azərbaycan - Almaniya
Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu
Teymur Rəcəbov - Aleksandr Donçenko
Rauf Məmmədov - Vinsent Keymer
Nicat Abbasov - Mattias Blübaum
Qadınlar
Azərbaycan - Gürcüstan
Günay Məmmədzadə - Nana Caqnidze
Gülnar Məmmədova - Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva - Meri Arabidze
Gövhər Beydullayeva - Salome Melia
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, ilk iki turda İtaliya və Serbiya ilə üz-üzə gələn kişilərdən ibarət komandamız müvafiq olaraq 4:0 və 3:1 hesablı qələbəyə sevinib. Qadınlar isə Türkiyə və Serbiyanı tam üstünlüklə məğlub edib - 4:0.
İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.