Xocavənd rayonunun Şexer kəndində düşmənlə üz-üzə mövqedə xidmət edən Qurban Qurbanov ad-soyadlı əsgər "Qarabağ"ın baş məşqçisinə salam göndərib.
Fanat.Az xəbər verir ki, bu haqda idman jurnalisti Vüsal Hacı özünün sosial şəbəkə hesabında paylaşım edib.
Həmin əsgərlə şəklini də paylaşan həmkarımızın "adı və soyadı Qurban Qurbanovdu. Qısası, dedi ki, "mənim salamımı Qurban Qurbanova çatdırın" mesajı cavabsız qalmayıb.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə paylaşıma dərhal reaksiya bildirib: "Salamlar çatdı. Qurban müəllimin cavabı: “Qardaş! Sənin timsalında bütün əsgərlərimiz qardaşlarımızdır. Salamlarını aldım. Sənə və bütün əsgərlərimizə Allahın salamı olsun. Diqqətinə görə təşəkkürümü bildirirəm. Allah Sizi qorusun. Sağ-salamat dönün. Qismət olsa, görüşmək ümidi ilə…”
Mirağa