Azərbaycan Kapoeyra Federasiyasının və BMT-nin qaçqınlar üzrə ali komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəsi start götürür.
Fanat.Az xəbər verir ki, layihə Bərdə, Gəncə və Bakıda olmaqla 3 böyük şəhərdə aparılacaq.
Layihə çərçivəsində müharibədən əziyət çəkmiş uşaq və gənclərə, habelə şəhid övladlarına kapoeyra idman növü vasitəsiylə psixoloji təsir etmək, onların fiziki durumlarını inkişaf etdirməyə yönəlik proqramlar həyata keçiriləcək. Layihədə həmçinin ölkəmizdə yaşayan xarici qaçqın statusu olan şəxslər də iştirak edə biləcəklər.
Kapoeyranın özünə məxsus tərzi musiqi və idmanın harmoniyası tədbir iştirakçılarında xüsusi maraq oyadacağına həmçinin onların fiziki-mənəvi durumlarına müsbət təsir edəcəyi layihənin başlıca məqsədidir.
Üç ay boyunca davam edəcək layihədə Federasiyanın peşəkar məşqçi heyəti eyni zamanda sosial işçilər fəaliyyət göstərəcəkdir. Lahiyəyə Gənclər və idman nazirliyi, Brazilya səfirliyi həmçinin Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi də öz dəstəyini göstərir.