Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığmalarının bu gün baş tutacaq beşinci tur üçün heyətləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, 7 xalla yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət millimiz yalnız əlavə göstəricilərə görə üstələdiyi Rusiya kollektivi ilə üz-üzə gələcək.
Qadın seçməmiz isə Ukrayna ilə münasibətləri aydınlaşdıracaq.
Hər iki komanda 6 xal toplayıb. Yığmamız 4-cü, ukraynalılar 6-cı sıradadır.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk
Teymur Rəcəbov - Daniil Dubov
Rauf Məmmədov - Kirill Alekseyenko
Qədir Hüseynov - Andrey Yesipenko
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.
Qadınlar
Azərbaycan - Ukrayna
Günay Məmmədzadə - Anna Uşenina
Gülnar Məmmədova - Yuliya Osmak
Xanım Balacayeva - Nataliya Buksa
Gövhər Beydullayeva - Nataliya Jukova
Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.