Rusiyanın Milli Futbol Liqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krasnodar”ın ikinci komandası ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Xabarovsk təmsilçisinin “Ximki”dən bu mövsümün sonunadək icarəyə götürdüyü Kamran start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“SKA-Xabarovsk”da Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, da start heyətdə yer alıb və 66-cı dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 23 turdan sonra 40 xalla 20 kollektiv arasında 4-cü pillədədir.