Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan yığma komandalarının altıncı tur üçün heyətləri məlum olub.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimiz Ermənistanla üz-üzə gələcək. Qadınlar isə İtaliya ilə münasibətləri aydınlaşdıracaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Beş turdan sonra hesabında 8 xal olan kişi seçməmiz lider Rusiyadan yalnız əlavə göstəricilərə görə geri qalaraq 39 kollektiv arasında ikinci pillədə qərarlaşıb. Ukrayna, Macarıstan, Ermənistan və Niderland komandaları da eyni sayda xala malikdir.
Qadın kollektivimiz isə 7 xalla beşincidir. Maksimum sayda - 10 xal toplayan Rusiya birinci, Gürcüstan və Yunanıstan 8 xalla iki-üçüncü sıradadırlar.
Qadınların yarışında 31 komanda mübarizə aparır.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.
Avropa çempionatı, VI tur
Kişilər
Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan
Teymur Rəcəbov - Hayk Martirosyan
Rauf Məmmədov - Robert Hovannisyan
Nicat Abbasov - Samvel Ter-Sahakyan
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.
Qadınlar
İtaliya - Azərbaycan
Marina Brunello - Günay Məmmədzadə
Olqa Zimina - Gülnar Məmmədova
Tea Queçi - Xanım Balacayeva
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva
Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.