21:06 18.11.2021 589

Millimiz dünya çempionatına əsas mərhələdən başlayacaq

2024-cü ildə keçiriləcək futzal dünya çempionatının reqlamenti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, seçmə mərhələnin oyunları 2022-ci ilin aprelində başlayacaq, iki il sonra aprel ayında başa çatacaq. 
 
Mundialın final mərhələsində iştirak edəcək 24 komandadan 7-si Avropa qitəsinin təmsilçisi olacaq. Əgər 3 il sonra baş tutacaq həlledici mərhələyə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, seçmə mərhələdən 6 komanda final mərhələsinə vəsiqə qazanacaq.
 
Seçmə mərhələnin formatı necə olacaq?

 
Final raunduna qədər oyunlar 5 mərhələdən – ilkin (mini-turnir), əsas (ev və səfər), əsas mərhələ pley-off (ev və səfər), elit (ev və səfər) və elit raund pley-offdan (ev və səfər) ibarət olacaq.
 
İlkin mərhələdə reytin cədvəlinin son 24 pilləsində yer alan komandalar  - Moldova, Monteneqro, Albaniya, Kosovo, Türkiyə, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, İsveçrə, Kipr, Bolqarıstan, Litva, Andorra, San Marino, Estoniya, Malta, Şotlandiya, Cəbəllütariq, Avstriya, Şimali İrlandiya - iştirak edəcək. Bu mərhələnin püşkü bu il dekabrın 7-də, oyunları isə gələn il 4-13 aprel tarixlərində keçiriləcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 6 qrupda mübarizə aparacaq. Qrup qalibləri və ikinci pillənin sahibi olan komandalar əsas mərhələyə vəsiqə qazanacaq.
 
Millimiz əsas mərhələdən başlayacaq

 
Əsas mərhələdə 36 komanda iştirak edəcək ki, artıq onlardan 24-ü məlumdur. Millimiz də mübarizəyə bu mərhələdən başlayacaq: İspaniya, Rusiya, Portuqaliya (son qalib), Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, İtaliya, Çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya və Şimali Makedoniya.
 
Əsas mərhələnin püşkü gələn il iyulun 6-da atılacaq, oyunlar isə 2023-cu il martın 8-dək yekunlaşacaq. 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.
 
20 komanda 5 qrupda
 
Elit raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq.  20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X