Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan yığmalarının yeddinci tur üçün heyətləri məlum olub.
Fanat.Az xəbər verir ki, 6 turdan 9 xal toplayan və liderdən bir xal geri qalaraq ikinci sırada qərarlaşan kişilərdən ibarət Azərbaycan millisi yalnız əlavə göstəricilərə görə üstələdiyi Niderlandla üz-üzə gələcək.
Eyni xalla üçüncü sırada yer alan qadın seçməmiz isə maksimum nəticə ilə yarış cədvəlinə başçılıq edən Rusiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa çempionatı, VII tur
Kişilər
Niderland - Azərbaycan
Aniş Giri - Şəhriyar Məmmədyarov
Yorden Van Forest - Teymur Rəcəbov
Maks Varmerdam - Qədir Hüseynov
Erik Van Der Doel - Nicat Abbasov
Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayacaq.
Qadınlar
Azərbaycan - Rusiya
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina
Xanım Balacayeva - Katerina Laqno
Ülviyyə Fətəliyeva - Valentina Qunina
Gövhər Beydullayeva - Polina Şuvalova
Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə 18:00-da başlayacaq.