Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatının finalına yüksələn təmsilçimiz Mixail Malkinin həlledici mərhələdəki bütün rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kişi tamblinqçilərin təsnifat yarışlarının yekunlarına əsasən, ilk "8-lik"də qərarlaşan iştirakçılar finala vəsiqə qazanıb.
25 yaşlı idmançımızın mundialın medalları uğrunda rəqibləri Aleksandr Lisitsin, Vadim Afanasyev (hər ikisi Rusiya Gimnastika Federasiyası), Uilyam Kouen, Kristof Villerton (Böyük Britaniya), Martin Abildqaard, Adam Matteysen (Danimarka) və ABŞ təmsilçisi Kaden Braun olacaq.
Xatırladaq ki, Malkin 75,200 balla təsnifatda 3-cü nəticə göstərib.
Final yarışın son günü - noyabrın 21-də baş tutacaq.
Sahib