"Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı çalışdırıcı evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra qatıldığı mətbuat konfransında görüşü dəyərləndirib:
"Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hücumları var. Komandam diqqətli oynadı. Sənan Qurbanova növbəti görüşlərdə uğurlar arzulayıram. Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşq edəcəyik".