Soveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının 8-ci turun görüşləri üçün heyətləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimiz Ukrayna ilə qarşılaşacaq.
Hər iki komanda 11 xala sahibdir. Əlavə göstəricilərə görə millimiz 1-ci, ukraynalılar 2-ci pillədədir.
Qadın kollektivimiz isə Macarıstanla münasibətləri aydınlaşdıracaq.
Hazırda yığmaların 9 xalı var. Azərbaycan 6-cı, Macarıstan 8-ci yerdə gedir.
Turun bütün görüşləri Bakl vaxtı ilə saat 18:00-da başlayacaq.
Avropa çempionatı, VIII tur
Kişilər
Azərbaycan - Ukrayna
Teymur Rəcəbov - Anton Korobov
Rauf Məmmədov - Andrey Volokitin
Qədir Hüseynov - Yuri Kuzubov
Nicat Abbasov - Kirill Şevçenko
Rəcəbov və Hüseynov ağ, Məmmədov və Abbasov qara fiqurlarla oynayacaq.
Qadınlar
Macarıstan - Azərbaycan
Sidoniya Lazarne - Günay Məmmədzadə
Titsiya Qara - Gülnar Məmmədova
Joka Qaal - Xanım Balacayeva
Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva
Məmmədova və Beydullayeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.
Sahib