17:24 20.11.2021 1058

Karateçimiz dünya çempionu oldu

Azərbaycan karateçisi İrina Zaretska BƏƏ-nin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda italiyalı Silviya Semeraronu məğlub edərək mundialda ölkəmizə ilk qızıl medalı qazandırıb.

Bu, 25 yaşlı Zaretskanın karyerasında ikinci dünya çempionluğu olub.

Qeyd edək ki, daha əvvəl kişilərin +84 kq çəki dərəcəsində mübarizə aparan Asiman Qurbanlı komandamızın hesabına bürünc mükafat yazdırıb.

*** 

Azərbaycan karateçisi Asiman Qurbanlı BƏƏ-nin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Fanat.Az xəbər verir ki, kumite üzrə kişilərin 84 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.

Duel Qurbanlının 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla 29 yaşlı karateçi karyerasında ilk dəfə mundialın mükafatına sahib çıxıb.

Qeyd edək ki, bu gün qadınların 68 kq çəkisindəki təmsilçimiz İrina Zaretska final döyüşünə çıxacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ardıcıl ikinci dünya çempionluğu üçün italiyalı Silviya Semeraro ilə üz-üzə gələcək.

***

BƏƏ-nin Dubay şəhərində karate üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün kumite üzrə fərdi yarışda medalçılar müəyyənləşəcək. Azərbaycanın iki təmsilçisi də mundialın mükafatları uğrunda həlledici döyüşlərini keçirəcək.

Qadınların 68 kiloqram çəki dərəcəsində çıxış edən İrina Zaretska ardıcıl ikinci dünya çempionluğunu qazanmaq üçün italiyalı Silviya Semeraro ilə üz-üzə gələcək.

Kişi karateçimiz Asiman Qurbanlı (+84 kq) isə "bürünc" qazanmağa çalışacaq. Minskdə keçirilən II Avropa Oyunlarının qalibinin rəqibi çilili Rodriqo Roxas olacaq.

Qeyd edək ki, sabah - yarışın son günündə kişilərdən ibarət kumite millimiz üçüncü yer uğrunda görüşə çıxacaq. Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistan komandasının müqavimətini qırmağa çalışacaq.

Sahib 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

Facebookdan bizi izləməyi unutmayın.
X