Azərbaycanlı cüdo mütəxəssisi Rəşad Həsənov Polşanın kişilərdən ibarət yığmasına baş məşqçi təyin olunub.
Bu barədə Fanat.Az-a məşqçinin özü məlumat verib. O, Paris-2024 Yay Olimpiya Oyunlarınadək komandanı çalışdıracaq.
Qeyd edək ki, Rəşad Həsənov bunadək Azərbaycanın gənc qızlardan ibarət komandasının baş məşqçisi, böyüklərdən ibarət yığmamızın isə köməkçi məşqçisi olub.