Formula 1 üzrə Qətər Qran-Prisinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Loseyl avtodromunda baş tutan yarışın qalibi "Mersedes" pilotu Luis Hemilton olub.
Yeddiqat dünya çempionu 57 dövrəni 1 saat 24 dəqiqə 28.471 saniyəyə qət edib.
Bununla o, mövsümdə 7-ci, karyerasında isə 102-ci Qran-Pri zəfərini qazanıb.
"Red Bull" sürücüsü Maks Ferstappen liderdən 25.743 saniyə geri qalaraq finişə ikinci, "Alpin" komandasının pilotu Fernando Alonso üçüncü çatıb.
Mövsümün sonuna iki yarış qalmış pilotların sıralamasına 351,5 xalla Maks Ferstappen başçılıq edir. Hesabında 343,5 xal olan Luis Hemilton ikincidir. İlk "3-lüy"ü 203 xalla Valtteri Bottas qapayır.
Konstruktorlar kubokunda isə "Mersedes" 546,5 xalla liderliyini davam etdirir. "Red Bull" ikinci (541,5), "Ferrari" üçüncüdür (297,5).
Qeyd edək ki, növbəti Qran-Pri dekabrın 5-də Səudiyyə Ərəbistanında baş tutacaq.
Sahib