16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli Dubaya gedir.
Fanat.Az xəbər verir ki, yeniyetmələr noyabrın 28-dən dekabrın 3-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olacaq.
Yığmamız toplanış çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Artıq millinin heyəti açıqlanıb. Düşərgəyə 24 oyunçu dəvət edilib. Ancaq səfərə 22 nəfərlik heyət aparılacaq ki, yekun siyahı ayın 25-28-i aralığında Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1 Həşimov Səlim Qarabağ
2 Məmmədzadə Sadiq Səbail
3 Adıgözəlov İlkin Keşlə
4 Əliyev Nihad Qarabağ
5 Arazlı Elgün Qarabağ
6 Bağırov Ceyhun Neftçi
7 Tanrıverdiyev Əhməd Sabah
8 Bünyadzadə Emil Qarabağ
9 İmaməliyev Səbuhi Neftçi
10 Rəhimov Allahverdi Qəbələ
11 Məmmədov Musa Qarabağ
12 Tahirli Rəhman Neftçi
13 Bağırov Dinamin Turan Tovuz
14 Zallı Səməd Keşlə
15 Mənsumov Davud Qarabağ
16 Əhmədzadə Nihat Sumqayıt
17 Hüseynov Cumali Qəbələ
18 Mikayılov Elton Qarabağ
19 İbrahimov Şahin Qarabağ
20 Məmmədov Murad Neftçi
21 Cəfərli İlkin Qarabağ
22 Mirzəyev Teymur Sabah
23 Budaqov İlkin Qəbələ
24 Osmanov Niyazi Sabah