15:33 22.11.2021 1000

“Qarabağ”ı Şeydayev sevindirdi, “Sabah”ı Mikels - Tura baxış

Azərbaycan Premyer Liqasında XI turun oyunları üç oyun günündə baş tutdu.

“Qarabağ” cümə günü “Keşlə”ni minimal hesabla məğlub edib, liderliyini bir qədər də möhkəmlətdi. “Neftçi” üçün isə bu tur da qara gəldi. Ardıcıl üç görüşdə məğlub olan “ağ-qaralar” liderdən düz 9 xal geridədilər. “Zirə” və “Qəbələ”nin yüksəlişi də davam edir. Bu tur keçirilən oyunlarda baş verənlərə birlikdə nəzər salaq.

“Qarabağ” – “Keşlə” 1:0 
Qol:
Ramil Şeydayev, 49

Qurban Qurbanovu bu qarşılaşmada sevindirəm həm nəticə oldu, həm də Ramil Şeydayevin növbəti dəfə fərqlənməsi. “Zenit”in yetirməsi “Keşlə” ilə oyunun ən yaxşılarından idi.

Meydanboyu qaçan Şeydayev tez-tez Namaşkonun qoruduğu qapının qarşısında peyda olur, “çərçivə”ni gördüyü yerdən qüvvətli zərbələr vururdu. Hələ qola qədər onun belə zərbələrindən biri dirəkdə “partlamışdı”. 3-cü dəqiqəyə təsadüf edən həmin zərbə qol olsaydı, “Keşlə” üçün qalan dəqiqələr daha da çətin keçəcəkdi. Qapalı oyun tərzinə üstünlük verən qonaqlar ilk yarıda qol buraxmadılar. Amma Namaşkonun qoruduğu qapıya artan təzyiqlər, səviyyə fərqinin özünü göstərməsi hesabın gec-tez açılacağından xəbər verirdi. Gözləniləmn hadisə 49-cu dəqiqədə baş verdi və Şeydayev layiq olduğu qol sevincini yaşadı. Kadinin künc zərbəsindən havalandırdığı top qarışıqlıqda Ramilin önünə düşdü. İstedadlı hücumçu yaxın məsafədən fərqlənməyi bacardı.

Daha bir epizodda Vadji əlverişli fürsəti boşa verdi. Az sonra bir dəfə Namaşko, bir dəfə də Azər Salahlı “Qarabağ”ın növbəti qoluna əngəl oldu. “Omoniya” ilə oyun öncəsi gücünə qənaət etməyə çalışan “köhlən atlar” Ramilin yeganə qolu sayəsində 3 xalı bayram etdi. 
Artıq liderin aktivindəki xalların sayı 26-dı. Ən yaxın izləyicisini 5 xal qabaqlayan Ağdam təmsilçisi “iki cəbhə”də mübarizə apardığı indiki vaxtda bu xal fərqi sayəsində rahat nəfəs ala bilər. 10 xalı olan “Keşlə” isə 7-ci pillədəki yerini “inamla qoruyur”.

“Zirə” – “Səbail” 3:1
Qollar:
Qismət Əliyev, 23, David Volkov, 47, Loris Broqno, 74 - Rauf Əliyev, 87

“Zirə” çempionatın ən maraqlı və ən məhsuldar komandalarındandı. Özü də bu məhsuldarlıq son turlara təsadüf edir. Ötən tur “Sabah”ın qapısına üç dəfə yol tapan qəsəbə təmsilçisi “Səbail”ə də eyni taleyi yaşatdı. Fərq onda oldu ki, “Səbail” bu qollardan yalnız birinə cavab verə bildi və 1:3 hesablı yenilgiylə barışdı. “Zirə”nin bu uğurlu çıxışında gürcü legioner David Volkovun zəhməti də danılmazdı. 47-ci dəqiədə fərqlənən Volkov bu dəfəki qələbədə də böyük pay sahibi oldu. Gürcüstan millisində də qol hesabını açan David hazırda əla formadadı və təsadüfi deyil ki, oyundan sonrakı mətbuat konfransında da Rəşad Sadıqov bu məqamı xüsusiylə vurğulayıb.

“Səbail”in durumu isə acınacaqlıdı. Heyətində 4 legioner olan Bayıl komandası turnir cədvəlinin “zirzəmisinə” “lövbər salıb”. Bu yaxınlarda mətbuata şikayətlənən Rauf Əliyev də “ASCO Arena”nın bərbad örtüyündən şikayətlənmiş, hər dəfə məşqdən sonra ayaqlarının ağrıdığını demişdi. Görünür, bu ağrılar özünü oyunlar zamanı da göstərir və futbolçulara tam gücüylə oynamağa imkan vermir. Bu gedişlə “dənizçilər”in sonuncu pillədən xilas olması da xeyli çətin olacaq. 

“Zirə” isə artıq “Neftçi”yə də yuxarıdan aşağı baxır. Rəşad Sadıqovun komandası topladığı 19 xal sayəsində Premyer Liqanın üçüncüsüdü. 

“Neftçi” – “Sabah” 1:2
Qollar:
Ramon Maçado, 33 - Coy-Lens Mikels, 53, 69

Samir Abasov və “Neftçi” üçün kabus davam edir. Ötən tur “Keşlə” ilə oyunda hesabı açıb, sonda məğlub olan “ağ-qaralar” eyni aqibəti “Sabah”la qarşılaşmada da yaşadı. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda “Sabah” xeyli fəallıq göstərsə də, ilk qolu “Neftçi” vurdu. Sezar Meza Kollinin ustacasına qapı qarşısına havalandırdığı topu Ramon Maçado eyni ustalıqla tora qovuşdurdu. Onun başla vurduğu top Səlahət Ağayev üçün əlçatmaz oldu. Bu qol sayəsində “Neftçi” fasiləyə üstün yollandı. Kimin ağlına gələrdi ki, “Neftçi” ikinci hissədə əsl kabus yaşayacaq...

Fasilədən sonra səhnəyə Coy-Lens Mikels çıxdı. Düzdü, ona qədər Fofana Tiemoko “Neftçi”ni məyus edə bilərdi. Amma “26” nömrə təkbətək fürsəti dəyərləndirə bilmədi. Onun bacarmadığını Mikels 53-cü dəqiqədə həyata keçirdi. Hücuma çıxarkən topu itirən “xalq komandası”nı Mikels çevik davranış və sərrast zərbəylə məyus etdi. Almaniyalı yarımmüdafiəçi 16 dəqiqə sonra bir daha səviyyəsini göstərdi. Onun ağıllı vuruşu “Sabah”a çox vacib 3 xal qazandırdı. Maraqlıdı ki, Murad Musayevin gəlişindən sonra ardıcıl üçn oyunda “Sabah” məğlubiyyət üzü görməyib.

Xal ehtiyatını 11-ə çatdıran masazırlılar artıq 5-cü yerdədi. “Neftçi” isə mükafatçılar sırasını tərk edib. Keçirdiyi 11 oyunda 17 xal toplayan “xalq komandası” 4-cü pillədə qərarlaşıb.

“Qəbələ” – “Sumqayıt” 2:1
Qollar:
Ülvi İsgəndərov, 65, Rafael Utziq, 67 - Höccət Haqverdi, 80

“Qəbələ”nin yüksəlişi, “Sumqayıt”ın enişi davam edir. “Qırmızı-qaralar” təkcə qazandığı nəticələrlə yox, sərgilədiyi oyunla da izləyənlərin rəğbətini qazanıb. Elmar Baxşıyev ayağını yorğanına görə uzadıb, komandasının gücünü düzgün qiymətləndirir. “Qəbələ” kor-koranə rəqibin üzərinə atılmır, topa və meydana nəzarəti əlində saxlamaqla məqamını gözləyir. Bu taktika artıq neçənci dəfədi ki, “Qəbələ”yə uğur gətirir. “Sumqayıt”a da həlledici zərbəni “Qəbələ” ikinci hissədə vurdu. Özü də cəmi iki dəqiqə bəs etdi ki, “Sumqayıt”ın qapıçısı Tərlan Əhmədli topu iki dəfə tordan çıxarsın. Əvvəlcə Ülvi İsgəndərov Ruan Renatonun başla verdiyi ötürməni qapıdan keçirdi. Cəmi 90 saniyə sonra Rafael Utziq səviyyəsini “danışdırdı”.

Braziliyalı hücumçu Tərlan Əhmədlinin uzaqlaşdırmağa çətinlik çəkdiyi topu tora qovuşdurdu. 
İki top fərqiylə geri düşən “Sumqayıt” “va-bank”a gedərək, irəli atıldı. Bu təzyiq öz bəhrəsini 80-ci dəqiqədə verdi. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Höccət Haqverdi yaxşı istifadə etdi. Onun vurduğu qol “Sumqayıt” azarkeşlərini və Ayxan Abbasovu ümidləndirsə də, bundan artığını etmək mümkün olmadı. Kapitan Vurğun Hüseynovun birbaşa qırmızı vərəqəylə meydandan qovulması da qonaqların işini çətinləşdirdi. Beləcə 2:1 hesabı hakimin final fitinə qədər dəyişmədi.

21 xallı “Qəbələ” “Qarabağ”ın ən yaxın izləyicisidi. Cəmi 11 xalı olan “Sumqayıt” isə beş komandaya aşağıdan yuxarı baxır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X