UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində V turda baş tutacaq “Qarabağ” – “Omoniya” (Kipr) oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Morten Kroxa həmyerliləri Nils Hög və Steffen Bek Bramsen yardım edəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Dauqbyerq Burxardt yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Omoniya” oyunu noyabrın 25-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.