“Bakı”nın İspaniyanın “Atletico” və Fransanın “Lens” klubları ilə əməkdaşlığı deyəsən Avropada Azərbaycana qarşı marağı daha da artırıb. Azerisport.az xəbər verir ki, məhz bu marağın nəticəsi olaraq, Portuqaliyanın “Sporting” klubunun rəsmiləri ölkəmizə təşrif buyurublar.
Onların bu səfərində əsas məqsəd sözügedən komandaya Azərbaycanda sponsor tapmaqdı. Portəgizlər Bakıda müxtəlif şirkətlər danışıqlar aparırlar ki, onlarla əməkdaşlıq etsinlər. Portuqaliya mətbuatının məlumatına görə, klub rəsmiləri Virgilio Lopes və Valdemar Barretonun səfəri faydalı alınıb və tezliklə onlar “Sporting”in yeni sponsoru ilə əməkdaşlığa başlayacaqlar.
Qeyd edək ki, “Bakı” Portuqaliyada da “Porto” klubu ilə əməkdaşlıq etməyə başlayıb.
İdman24.az