"Bayern Münhen"in hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda - səfərdə Kiyev "Dinamo"sunun qapısına yol tapıb.
Fanat.Az xəbər verir ki, aşırma zərbə ilə vurduğu gözəl qolla 14-cü dəqiqədə hesabı açan forvard 2:1 hesabı ilə qələbə qazandıqları matçda öz rekordunu təkrarlayıb.
Polşalı futbolçu buna cari mövsüm ardıcıl 9-cu ÇL matçında rəqib qapısına yol tapmaqla nail olub.
Belə ki, Levandovski ötən mövsüm də qitənin ən nüfuzlu klub turnirində ardıcıl 9 oyunda qol vurmuşdu.
Nihat