"Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, portualiyalı hücumçu qrup məhələsinin 5-ci turunda - səfərdə "Vilyarreal"a qarşı keçirdikləri matçda (2:0) komandasının qələbə qolunu vurub.
Beləliklə, Kriştianu bu mövsüm ÇL-də çıxdığı oyunların son 15 dəqiqəsində imza atdığı qələbə qollarının sayını 3-ə çatdırıb. Bu, sözügedən turnirdə rekord göstəricidir.
O, daha öncə "Vilyarreal" (90+5-ci dəqiqə, 2-ci tur, 2:1) və "Atalanta"nı (81-ci dəqiqə, 3-cü tur, 3:2) yendikləri görüşlərdə ön plana çıxmışdı.
Nihat