"Mançester Yunayted"də baş məşqçi əvəzi qismində fəaliyyət göstərən Maykl Kerrik Çempionlar Liqasının 5-ci turunda - səfərdə "Vilyarreal" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, bu zəfər sayəsində turnirin pley-off mərhələsinə vəsiqəni təmin edən "qırmızı şeytanlar"ın çalışdırıcısı oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"İspaniyaya qələbə dalınca gəlmişdik. Bunu bacaracağımıza inanırdım.
Oyun yetərincə çətin alındı. Komanda uğursuz oyunları sıralayıbsa və futbolçular yaxşı formada deyilsə, hər şeyi qaydaya salmaq çətin məsələdir. Böyük ölçüdə, bu qələbə mənim üçün idi. Ehtiyatdan oyuna qoşulanlar 3 xalın qazanılmasında komandaya çox kömək etdilər".
Nihat