Dünəndən Almaniyada olan “Xəzər Lənkəran” ilk olaraq məskunlaşdığı otelini dəyişmək məcburiyyətində qaldı. Belə ki, Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelinin futbol meydançaları qəfildən yararsız vəziyyətə düşdüyündən komanda İnqolştad yaxınlığında yerləşən “Marc Aurel” otelinə köçdü.
Bu gün isə “Xəzər Lənkəran” təlim məşq toplanışı çərçivəsində ilk məşqinə çıxdı. Con Bencamin Toşak futbolçularla kiçik toplantı etdikdən sonra saat yarımlıq nəzərdə tutulan hazırlığa start verildi ki, 22 futbolçunun iştirak etdiyi məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirdilər.
Cari mövsümün sonunda zədədən əziyyət çəkdiyi üçün komandaya kömək edə bilməyən Adrian Pitdə artıq komanda ilə birgə hazırlığa qatılıb.
Bu gün yerli vaxtla saat 18.30-da daha bir məşq nəzərdə tutulub.