Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan Qazaxıstan "Kayrat"ını tərk edəcəyi dəqiqləşən Vaqner Lav sabiq komandasına - Moskva MOİK-inə qayıdır.
Fanat.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Braziliya millisinin sabiq üzvü Rusiya klubu ilə mövsümün sonunadək müqavilə imzalayacaq.
Mənbə 37 yaşlı hücumçunun "futbol ili" başa çatandan sonra sözügedən Rusiya təmsilçisində qalacağını, karyerasını bitirərək klubun strukturunda yeni vəzifəyə təyin ediləcəyini vurğulayıb.
2004-2012 aralığında və 2013-cü ildə "hərbçilər"in formasını geyinən Lav üçqat Rusiya çempionudur. O, MOİK-lə UEFA Kubokunun da qalibi olub.
Tanınmış forvard bu gün keçirələcək "Kayrat" - "Bazel" qarşılaşmasının ardından Qazaxıstan klubu ilə vidalaşacaq.
Nihat