16:22 26.11.2021 1979

"UEFA yanıldı və oyuna təcrübəsiz referi təyin etdi" - Tahir Süleymanov

Ötən gün Konfrans Liqasının qrup mərhələsində "Qarabağ" "Omoniya"nı (Kipr) qonaq etdi. 2:2 hesabı ilə bitən matçın baş hakimi Morten Krox diqqətləri üzərinə cəlb etdi. Danimarkalı referinin bir çox qərarı müzakirələrə səbəb oldu. 

Fanat.Az-a danışan sabiq FİFA referisi Tahir Süleymanov Morten Krox və briqadasının idarəçiliyini təhlil etdi: 

"Qarabağ" - "Omoniya" matçının son dəqiqələrində buraxılan gözlənilməz, kuryoz qol, qələbənin, liderliyin əldən verilməsi, qarşılaşmaya, hakim idarəçiliyinə münasibəti emosional olaraq pik həddə çatdırdı. 3 xal qazanılsaydı, hakimliklə bağlı bu qədər müzakirələr aparılmayacaqdı. Epizodlara olan subyektiv yanaşmalar aqresiyanı daha da artırdı. 

Görüş qrup liderliyi adına çox vacib qarşılaşma idi. Qonaqlar bütün şanslarını itirərərək Bakıya gəlmişdilər. Qrupdakı vəziyyət, ilk matçının nəticəsi UEFA-nı da yanıltmışdı və oyuna təcrübəsiz referi təyin edilmişdi. Bu, "Qarabağ"ın gücünə, rahat qələbə qazana biləcəyinə əminlikdən irəli gəlirdi. Bir amil unudulmuşdu, kiprlilər Azərbaycan klublarına qarşı tarixən psixoloji olaraq düşmən kimi yanaşırlar. Qrupdakı vəziyyətdən asılı olmayaraq, matçın prinsipial keçəcəyi öncədən bilinirdi. Belə görüşlər eksperiment məkanı deyil, daha təcrübəli hakimlərin təyin olunması şərtdir. 

İlk dəqiqələrdən oyunun gedişi də hakimlərə öz təsirini göstərdi, daha da arxayınlaşdılar. "Qarabağ" meydanda dominantlıq edir, böyük ərazi üstünlüyü ilə ardıcıl hücumlar qururdu. İlk 45 dəqiqədə referi müdafiə olunan tərəfə daha həssas yanaşırdı. Kənardan çox da görünməyən xırda follarla hücumda olan komandaya qarşı qərarlar verilirdi. Bu da müdafiədə oturan qonaqların işinə yarayırdı. "Qarabağ"lı futbolçular referinin "idarəçilik fəlsəfəsini" hiss etməli, daha diqqətli davranmalı idilər.

"Omoniya"nın hesabı açacağını nəinki azarkeşlər, heç hakimlər də gözləmirdilər. Yersiz top itkiləri ilə künc zərbəsi və Toral Bayramovun ehtiyatsız davranışı penaltiyə səbəb oldu. 

Fasilədən sonra matçın qızışacağı bəlli idi. Cavab qolu da vaxtında vuruldu. İkinci hissənin gedişi göstərdi ki, təcrübəsiz referi görüşün yükünü psixoloji olaraq çəkməyə hazır deyil və ilk yarıdakı "fəlsəfə" boşuna deyilmiş.

Belə matçlarda lider komandalarla daha diqqətlə davranılmalıdır. Şansı qalmayan rəqib yox, hakim səhvlərindən itirəcək lider komandalar olur. Belə də oldu, baş hakim öz niyyətini ikinci hissədə göstərdi. Matçda ən kritik qərar sayılmayan top deyil, Zubirə qarşı açıq-aşkar kobudluğa referinin susması idi. Toralın əllə oyununu dərhal görən və qətiyyətlə penalti nöqtəsini göstərən baş hakim qeyd olunan epizodda özünü görməməzliyə vurdu. Açıq görünən epizodda rəqibin Zubirə qarşı qayçıvari badalaq fəndini görməmək mümkün deyildi. 

Ozobiçin qapıdan keçirdiyi top həddindən artıq müzakirələrə yol açdı. Qolun sayılmamasının baiskarı Vadjinin yersiz hərəkəti oldu. Qapı meydanında önə çıxan hücumçu sola hərəkəti ilə qapıçıdan yayına bilərdi. Bu azmış kimi, hücumçu qapıçının tək görüntü bucağına mane olmadı, əlləri ilə də önünü kəsdi və hərəkətini daha da qabarıq göstərdi. Vadjinin davranışı, niyyəti qapıçıya mane törətmək olmasa da, qayda qaydadır. Hücumçunun inersiya ilə hərəkəti qonaqlar və hakimlər briqadası üçün göydəndüşmə hədiyyə idi. 

Referinin Kikonun meydandan necə kənarlaşdırması, baş hakimin yerli komandaya antipatiyasının əlavə göstəricisidir. Rəqibin Kadiyə qarşı qəddarlığı birbaşa qırmızı əvəzinə, ikinci sarı vərəqəyə endirildi. Baş hakimin məntiqi ilə, futbolçunun sarısı olmasaydı, meydanda qalacaq və ya "məntiqin" davamı olaraq ümumiyyətlə şifahi xəbərdarlıqla kifayətlənəcəkdi. 

Referi matçı, əsasən də ikinci hissəni çox aşağı səviyyədə idarə etsə də, "Qarabağ" öz göstərdiyi oyunu, əzmkarlığı ilə qələbəni təmin edə bilərdi. Böyük ölçüdə, bu baş vermişdi də, əgər qapıçının  yersiz önə çıxması, arxayınlığı olmasaydı. Hakim səhvlərindən daha çox son dəqiqələrdə qələbənin əldən verilməsi komandaya, azarkeşlərə təsir etdi. Bu matç nə qədər tez unudulsa, bir o qədər faydalı olar. "Qarabağ" qrupdan çıxmaqla Azərbaycan futbolu adına növbəti tarixi yazıb artıq. İsveçrədə qrup liderliyi təmin edilərsə, çox gözəl olar, olmasa da, yola davam ediləcək. Emosiyaları kənara qoyub fiziki, psixoloji bərpa fonunda növbəti oyunlara hazırlaşmaq, köklənmək mütləqdir".

Qeyd edək ki, H qrupunda mübarizə aparan "Qarabağ" V turdan sonra 11 xalla ikinci pillədə qərarlaşıb. Qrupun digər matçında İsveçrə “Bazel”i Qazaxıstanda “Kayrat" 3:2 hesablı qələbə gələrək liderliyi ələ keçirib.

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

Facebookdan bizi izləməyi unutmayın.
X