Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Simurq" "İnter"i qəbul edib. Eyni mənbədən maliyyələşən "qardaşlar"ın oyununda bir qol vurulub - 0:1. "İnter"ə qələbə qazandıran topu "Simurq"un qapısından "bankirlər"in yeni transfer, debüt matçına çıxan kosta-rikalı Dieqo Madriqal keçirib.
"Simurq" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Zaqatala klubu bu il keçirdiyi hər üç oyunda uduzub. Bu günkü məğlubiyyət Georgi Çixradzenin istefasına səbəb ola bilər. "İnter" isə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin yetirmələri bu il keçirdikləri hər üç oyunda qələbə qazanıb.
Qeyd edək ki, turun 4 oyunu sabah keçiriləcək. "Bakı" "Neftçi"ni, "Qarabağ" AZAL-ı, "Qəbələ" "Xəzər Lənkəran"ı, "Sumqayıt" isə "Rəvan"ı qəbul edəcək.
Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXI tur
Simurq - İnter 0:1
Qol: Dieqo Madriqal, 72.
Simurq: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 7. Ruslan Poladov (k), 9. Mindauqas Kalonas, 11. Draqan Çeran (15. Stepan Polyak, 68), 18. Tural Axundov (16. Məhərrəm Hüseynov, 80), 20. İdan Vaytsman, 21. Murad Səttarlı (10. Rəşad Eyyubov, 37), 26. Benjamin Lambot, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 30. Raul Kostin.
Baş məşqçi: Georgi Çixradze.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov (k), 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili (27. Dieqo Madriqal, 71), 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli (12. İvo Taborksi, 59), 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (14. İlqar Ələkbərov, 81), 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Azər Salahlı, 4. İvan Benites, 33. Matiya Spiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Rəşad Eyyubov, 50 (simulyasiya) - Mikel Alvaro, 11 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu. 1500 tamaşaçı.
1 | Qarabağ | 20 | 11 | 6 | 3 | 32-12 | 39 |
2 | Neftçi | 20 | 11 | 5 | 4 | 32-21 | 38 |
3 | Qəbələ | 20 | 12 | 2 | 6 | 30-17 | 38 |
4 | İnter | 21 | 11 | 3 | 7 | 32-23 | 36 |
5 | Bakı | 20 | 10 | 3 | 7 | 35-22 | 33 |
6 | Xəzər L | 20 | 6 | 8 | 6 | 19-26 | 26 |
7 | Simurq | 21 | 6 | 7 | 8 | 19-19 | 25 |
8 | AZAL | 20 | 6 | 7 | 7 | 20-27 | 25 |
9 | Rəvan | 20 | 1 | 6 | 13 | 11-39 | 9 |
10 | Sumqayıt | 20 | 1 | 5 | 14 | 12-37 | 8 |
Bombardirlər: Vaqif Cavadov (İnter) - 10. Reynaldo (Qarabağ) - 8. Rauf Əliyev (Bakı), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Mbilla Etame (Xəzər Lənkəran) - 6.
Fanat.az