Azərbaycan təmsilçisi Selcan Maqsudova Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, batut gimnastikası üzrə 17-21 yaş qrupunda mübarizə aparan idmançımız təsnifat yarışında 97,460 balla ikinci nəticə göstərərək həlledici mərhələyə adlayıb.
Finalda Maqsudovanın rəqibləri rusiyalı Aleksandra Bonartseva, Meri Qolota, Yaponiya idmançısı Yuka Misava, almaniyalı Qabriela Şter, Kristin Frey Luka, ispaniyalı Erika Sans və Danimarka gimnastı Smilla Yensen olacaq.