18:15 27.11.2021 532

Murad Musayev: "Görüləsi çox iş var, dayanmaq olmaz"

"Çox parlaq ilk yarı izlədik. Meydanın hər tərəfində basqı qura, kombinasiyalı oyun sərgiləyə, yaxşı qollar vura bildik. Lakin ikinci hissədə ilk yarıdakı intensiv futbolu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və intizam göstərmək lazım idi. Nəticədə azarkeşlərin də dəstəyi ilə qələbə qazandıq. Qələbəni onlara həsr edirik".

Fanat.Az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçularına sanki meydana heç-heçə imiş kimi çıxacaqlarını deyib:

"Fasilə ərəfəsində yüklənmə olmasa, bu nəticəni əldə edə bilmərik. Futbolçularımın məşqə yanaşmaları və oyunlara köklənmələrindən razıyam. Get-gedə yaxşı oluruq. İrəlidə görüləsi çox iş var, dayanmaq olmaz".

Musayev qış fasiləsində heyəti gücləndirməklə bağlı suala hələ cavab verməyə hazır olmadığını bildirib. O, hazırda qarşıdakı oyunları düşündüklərini bildirib:

"Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm. Bu, düzgün deyil. Mən yalnız özümdən danışa bilərəm".

Baş məşqçi Coy-Lens Mikelsin meydana çıxmama səbəbini də açıqlayıb: "Onun dizində problemləri var idi. Mikelsə iynə vurulub, İki gün vaxta ehtiyacı var".

O, "Keşlə"nin futbolçularının ilk yarıda qaçmamalarına dair rəqib baş məşqçi Sənan Qurbanovun fikirlərinə də münasibət bildirib: "Qurbanov belə düşünürsə, deməli, biz onları məcbur etdik və meydanda qaçmamalarının səbəbkarı bizik". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2025
19:39

"Komandada həddən çox oyunçu var"- Qvardiola Gündoğanın "Qalatasa

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

20:28

Azərbaycan millisi Moldovanı yendi

19:52

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

19:15

Azərbaycan millisinin təlim-məşq toplanışı yekunlaşdı

18:54

"Çelsi"nin forvardı İtaliya yolunda - SON DURUM

18:19

Mbappe klublararası DÇ-də növbəti matçı da buraxacaq

17:40

İPL klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:23

Endi Keroll Fransa klubundan ayrıldı

16:37

İspaniya millisinin sabiq üzvü Argentina klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X