14:21 01.12.2021 989

Cavid Hüseynov: "Məşqçi olmaq daha çətindir" - MÜSAHİBƏ

Region Liqasının paytaxt və şimal zonasının B qrupunda yer alan, bir neçə aydır fəaliyyətə başlayan "Cəbrayıl" klubu 4 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb. 

Klubun təsisçisi və çalışdırıcısı olan Cavid Hüseynov baş məşqçi olaraq ilk təcrübəsini keçir.

Millimizin sabiq üzvü həm öz fəaliyyəti, həm də komandasının vəziyyəti ilə bağlı Fanat.Az-a danışıb:

- Məşqçilik karyeramın ilk addımlarını mənim üçün doğma olan Cəbrayılın komandasında atıram. Buna görə bu yol mənim üçün həm şərəfli, həm də qürurludur. İnanıram ki, bu, tarixə yazılacaq. Bununla özümə yeni səhifə açmışam. Uğur qazanacağıma inanıram. O ki qaldı məşqçilik yolunda olan çətinliklərə, bəli, həqiqətən çətin yoldur. Futbolçu ilə məşqçi arasında böyük fərq var. Oyunçu olaraq özündən asılısansa, məşqçi olanda isə komandanın formalaşması sənin çiyinlərindədir, komanda sənə baxıb inkişaf etməlidir. Bu yöndə işlərimiz gedir. Desəm ki, hərşey yaxşıdır, yalan olar. Məqsədimiz komandanı daha irəliyə aparıb, bacardığımız qədər inkişaf etdirməkdir. Daha yüksək yarışlarda mübarizə aparmaq, gənc futbolçuların keyfiyyətli oyunçu olaraq formalaşması istiqamətində işlər görürük. Bu işə kompleks şəkildə yanaşmışıq. İnşallah, doğma Cəbrayılımıza tam formalaşmış klub olaraq dönmək istəyirik. 

- Bir müddət öncə saytımıza açıqlamanızda komandanın əsas məqsədinin daha çox qol vurmaq, daha çox xal qazanmaq yox, yerli futbola töhfə vermək olduğunu demişdiniz. Bütün bunlar istisna olaraq komandanın hazırkı durumu, sərgilədiyi oyun barədə nə düşünürsünüz? 
- Bəli, əsas məqsədimiz komandada olan gənclərin inkişafı və onlara verilən şansdır. Bəzi futbolçular var ki,  hərbi xidmətə gedib-qayıtdıqdan fiziki formasını itirir və öncəki vəziyyətini bərpa etmək üçün uzun müddətə ehtiyacı olur. Biz onların müraciətini nəzərə alaraq, komandaya dəvət edib futbolçu olaraq əvvəlki formasına qayıtmağına şans veririk. Gənc futbolçulara oyun praktikası verib onlara gələcək karyerası üçün əhəmiyyətli olan oyunlara buraxırıq. Amma bu, heç də o demək deyil ki, komandada olan 23 futbolçunun hamısı peşəkar olaraq yetişəcək. Futbolçu seçimində yanıldığımız da olur. Hazırda perspektivi olan bir neçə futbolçumuz var ki, onların üzərində "əsirik" və olan potensialı daha da inkişaf etdirməyə çalışırıq. Onlarla mütəmadi söhbət edib, istər davranış qaydalarında, istər meydanda oyuna yanaşma barədə təlimatlandırırıq. Etiraf edim ki, bunu tam olaraq peşəkarcasına edə bilmirik. Buna da səbəb var. Komandanın maliyyə durumu bir o qədər yaxşı deyil ki, futbolçudan etdiyimiz tələblər qarşılığında ona yüksək məvacib verək. Gələcəkdə bu problem öz yolunu tapacaq və futbolçulardan daha peşəkar səviyyədə tələblərimiz olacaq. Sözsüz ki, bu da onların xeyrinədir.

Desəm ki, komandamın hazırki oyunundan tam olaraq razıyam, obyektiv olmaz. Amma qeyd edim ki, sözün yaxşı mənasında bir qədər də təəccüblənmişəm. Komanda yenicə qurulanda və futbolçu yığımları olanda, düşünməzdim ki, bu səviyyədə çıxış edəcəyik. Şükürlər olsun ki, kifayət qədər yaxşı səviyyədəyik. Hazırda qrup ikincisiyik və "pley-off"da oynamaq şansımız var. Zamanı qabaqlamaq istəməzdim, amma çalışıb o şansı əldən verməyəcəyik. 

- Maliyyə durumunuzun kifayət qədər yüksək olmadığını anladıq. Ancaq yenə də soruşmaq istərdik ki, heyəti gücləndirmək məqsədi ilə yeni futbolçuları cəlb etməyi planlaşdırırsınız? Komandanın növbəti mərhələlərə vəsiqə qazanacağı halda daha ciddi rəqiblərlə qarşılaşacaqsınız...
- Maliyyə məsələsinə bir daha toxunmaq istərdim. Bu istiqamətdə AFFA-nın baş katibi Elxan Məmmədovun bizə böyük köməyi oldu. Nəqliyyat və stadion probleminin həllini öz üzərlərinə götürdülər. Bu  işimizi xeylaq asanlaşdırdı. Bizə olan bu köməkliyə görə onlara təşəkkürümü bildirirəm. Amma digər xərclərdə, mənim dostum, həm də klubun direktoru Şahin Məmmədov şəxsi vəsaitindən komandaya pul ayırır. Tanınmış "Umbro" idman markasından oyunçularımız üçün 24 forma dəsti sifariş etdik. Ki, bu da ucuz başa gəlmədi. Oyundan-oyuna hər bir futbolçu üçün pul mukafatları var. Azı 50 azn təşkil edir. Bütün bu məsrəflərimizi Şahin müəllim ödəyir. Cəbrayıl rayonu icra başçısı Kamal Həsənovla da komandanın gələcəyi ilə bağlı bir neçə dəfə görüşüb danışmışıq. Fürsətdən istifadə edib ona da təşəkkürümü bildirirəm. Onun təşəbbüsü ilə bir neçə cəbrayıllı iş adamının klubumuza maliyyə dəstəyi göstərəcəyi gözlənilir.  7-9 nəfərdən ibarət olan Müşahidə Şurasının yaranması planlaşdırılır. Komandanın irəli getməsində yaranan problemlər orada öz əksini tapacaq. Sualınıza cavab olaraq qeyd edim ki, maliyyə durumumuz yaxşılaşdıqca, komandanın heyətinin gücləndirilməsi istiqamətində də planlarımızı gerçəkləşdirəcəyik. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X