16:16 02.12.2021 2690

“Qarabağ”ı gözləyən təhlükə

“Qarabağ”ı dekabrın 9-da təkcə “Bazel”ə qarşı oyun gözləmir. Ağdamlılar qrup mərhələsinin son turunda 1-ci pilləni təmin etmək üçün həm də hakimlərlə mübarizə aparmalıdı. Son oyunlarda başverənlər bunu göstərir. Ədalət təmsiçlisi olmalı şəxslərin son turlarda İsveçrə klubuna qarşı aşkar simpatiyası, müəmmalı qərarları belə düşünməyə əsas verir.

Dünya futbolunun “Bazel”in təmsil etdiyi ölkədən idarə olunması faktını xatırlamaq kifayətdi. “Qarabağ”ın uğurlu çıxışı kimlərinsə planlarını pozur, təmsilçimizə qarşı qısqanclığı görməmək mümkün deyil.

Əslində, son tura kimi “Qarabağ” liderliyi təmin etməliydi. Keçən həftə “Bazel”in Qazaxıstanda xal itirməsi təmsilçimizin yolunu açacaqdı. Lakin “Kayrat”ın məğlub olması üçün hər şey edən gürcü hakimlər ağdamlıların “Omoniya” ilə qarşılaşmaya fərqli əhvalda çıxmasına səbəbkar oldu. Əminik ki, isveçrəlilər büdrəsəyi, “Qarabağ” kiprlilərə qarşı fərqli motivasiya olunub qrup liderliyini rəsmiləşdirəcəkdi. Lakin 2 saat öncə başlayan oyunda elə ssenari yaşandı ki…

“Qarabağ” “Omoniya” ilə matça çıxarkən, istənilən halda hər şeyə İsveçrədə aydınıq gələcəyini bilirdi. Bununla belə, təmsilçimiz ən azı qrup lideri olub səfərə heç-heçə dalınca yollanmalıydı. Şahruddin Məhəmmədəliyevin son dəqiqələrdəki səhvi öz yerində, matç boyunca hakimlər qonaqların xal qazanması üçün hər şey etdi. Təqdim etdiyimiz videoya baxanda özünüz də buna şahid olacaqsız.

“Bazel”in irəli çəkilməsi hələ 4-cü turdan başlanmışdı. “Qarabağ”ın qələbələri sıraladığını görənlər onun əsas rəqibinə yardıma Kiprdə start vermişdi. Astanda isə…

- “Omoniya” – “Bazel” oyunu. 57-ci dəqiqədə isveçrəlilərin müdafiəçisi cərimə meydançasında “Omoniya”nın hücümüçüsunu kobudluqla saxlayır. Lakin hakimin fiti susur. Həmin epizodun davamında, cəmi 40 saniyə sonra “Bazel” bərabərlik qolunu vurur.

- “Kayrat” – “Bazel” oyunu. Hesab 2:2 olarkən, oyunun 70-ci dəqiqəsində İsveçrə təmsilçisinin 7 nömrəli futbolçusu Paytim Kasami “Kayrat”ın hücumçusuna qarşı cərimə meydançasında kobud oynayır. Bu epizodda aşkar penalti olduğu görünür. Üstəlik, sarı vərəqə – bu isə Kasaminin meydandan qovulması demək idi. Çünki bu epizoda qədər onun passivində sarı vərəqəsi var idi… 3 dəqiqə sonra “Bazel” qələbə qolunu vurur, qolun müəllifi isə məhz Kasami olur.

- Yenə “Kayrat” – “Bazel” oyunu. İsveçrə təmsilçisi 3-cü qolu vurduqdan 1 dəqiqə sonra yenə “Kayrat”ın hücümuçusuna qarşı cərimə meydançasında kobudluq olur. Bu dəfə də hakimlər “davam” deyir. Epizod zamanı hakimin verdiyi qərar hətta səbirli davranışları ilə seçilən Qurban Berdiyevi də özündən çıxarır.

- “Omoniya” ilə görüşdə “Qarabağ”ın əlehinə olan qərarlar da kifayət qədər idi. Abdullah Zubir iki epizodda aşkar kobudluğa məruz qalır, hakim “davam” deyir, “Qarabağ” qol vurur, hakimlər mübahisəli qərarla bu qolu qeydə almır. “Omoniya”nın müdafiçisi cərimə meydançasında əllə oynadıqda da hakim bunu “görmür”. Və ən əsas epizod – hesab 0:0 olarkən “Omoniya”nın futbolçusu Mixal Durişin Abbas Hüseynova qarşı hərəkəti – hakim sambo fəndinə görə yalnız sarı vərəqə ilə kifayətlənir.

Bütün bunları nəzərə alsaq, “Qarabağ”ı İsveçrədə nələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Yəqin ki, hakimlər yenə ağdamlıların qrup lideri olub, birbaşa 1/8 finala yüksəlməməsi üçün mümkün olan hər şeyi edəcək. Yaxşı ki, ağdamlılar minimum vəzifənin öhdəsindən çoxdan gəlib, əks halda, vaxtilə Bakıda Milan “İnter”iylə oyundakı haqsızlıq zamanı yaşadığımız məyusluq təkrarlanacaqdı.

Mənbə: Futbolinfo

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X