"Mançester Yunayted"in hücumçusu Edinson Kavani karyerasını "Barselona"da davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Uruqvaylı forvard Kataloniya klubu ilə danışıq aparıb və İspaniya nəhənginin rəhbərliyinə daha 2 il yüksək səviyyədə oynamağa hazır olduğunu söylədiyib.
34 yaşlı Kavaninin "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat