Bir müddət "Bursaspor"u da çalışdıran alman məşqçi Kristof Daum millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi komandada keçirdiyi günlərlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, alman məşqçi "timsahlar"da keçirdiyi günlərlə bağlı "TRT Spor"a açıqlama verib:
“Bursaspor"da olduğum müddətdə ətrafımda çox gözəl insanlar var idi. Klubun möhtəşəm gənclər akademiyası mövcuddur. Bu kluba töhfə vermək üçün əlimdən gələni etdim. Təəssüf ki, gözlənilən nəticəni ala bilmədik, amma “Bursaspor”da xidmət etmək mənim üçün şərəfdir. Bursada həyat gözəldir. Mudanyadakı axşamları heç vaxt unutmaram. Mənim üçün xüsusidir. İndi onların möhtəşəm stadionu var və ümid edirəm ki, tezliklə Super Liqaya qayıdacaqlar”.
Qeyd edək ki, Kristof Daum 2013-2014 mövsümündə "Bursaspor"u çalışdırıb.
Mirağa