İspaniyanın Barselona şəhərində təşkil olunan şahmat üzrə "Elllobregat Open" turnirində üçüncü turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, əvvəlki qarşılaşmaları itkisiz başa vuran Azərbaycan təmsilçiləri seriyanın ardını gətirə bilməyiblər.
Şahmatçılarımızdan yalnız Məhəmməd Muradlı hesabına xal yaza bilib. O, ukraynalı tanınmış qrossmeyster Ruslan Ponomaryovla "sülh bağlayıb". Eltac Səfərli Helgi Qretarssona (İslandiya), Aydın Süleymanlı Mittal Adityaya (Hindistan) uduzub.
Bu nəticələrdən sonra xalını 2,5-ə çatdıran Muradlı 12-ci yerdə qərarlaşıb. Süleymanlı və Səfərli isə 2 xalla uyğun olaraq 24-25-ci sıradadırlar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 160 şahmatçı mübarizə aparır.
Sahib