18:51 15.02.2014 698

Liderlər Dəniz(li)də batır -Premyer Liqa

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub. Oyunlardan ikisi Bakıda, biri Qəbələdə, biri isə Sumqayıt"da keçirilib.

Günə paytaxt derbisi ilə start verilib və "Bakı" "Neftçi"ni qəbul edib. Yeni ilə uğurlu başlayan "Bakı" ardıcıl 3-cü rəsmi oyununda 3-cü qələbəsini qazanıb - 2:0. 60-cı dəqiqədə Cavid Hüseynov açıb. 86-cı dəqiqədə isə Alberto Noquera fərqi iki topa çatdıraraq, matçın yekun hesabını müəyyənləşdirib.

Ardınca "Qəbələ" və "Xəzər Lənkəran" meydana çıxıb. Hesabı 26-cı dəqiqədə Daniel Subotiç açıb. "Xəzər Lənkəran" 51-ci dəqiqədə Sadio Tounkaranın bərabərlik qoluna sevinib. 5 dəqiqə sonra Mbilla Etame Lənkəran klubunu hesabda önə keçirsə də, qonaqların sevinci 9 dəqiqə çəkib. Belə ki, 65-ci dəqiqədə Subotiç oyunda yenə bərabərlik yaradıb. Xal itkisi ilə barışmayan "Xəzər Lənkəran" əsas vaxtın sonuna 6 dəqiqə qalmış qələbə qolunu vurub. Etamenin qolu matçın yekun hesabını müəyyənləşdirib - 3:2. Bununla da "Xəzər Lənkəran" Mustafa Dənizlinin rəhbərliyi altında uğurlu oyunlar seriyasını davam etdirməklə yanaşı, turnir cədvəlinin hər üç liderindən xal almış olub. "Qəbələ" isə ardıcıl ikinci matçda məğlub olub.

"Sumqayıt" "Rəvan"ı qəbul edib. Autsayderlərin duelində gülən olmpayıb. İlk qolu 24-cü dəqiqədə Rəhman Hacıyev vurub. "Rəvan" isə buna 43-cü dəqiqədə Miloş Adamoviçin qolu ilə cavab verib və matç 1:1 hesabı ilə başa çatıb. Nəticədə "Rəvan" 9-cu pillədəki mövqeyini qoruyub.

Turun son oyununda "Qarabağ" AZAL-ı qəbul edib. Cari mövsümün ilk iki oyununda bu komandaya qalib gələ bilməyən Qurban Qurbanovun yetirmələri uğursuz seriyaya son qoyublar. Hesabı 33-cü dəqiqədə Tural Nərimanovun avtoqolu "Qarabağ"ı sevindirib. 47-ci dəqiqədə Çumbinyo fərqi artırıb. 66-cı dəqiqədə isə Viktor İbekoyi matçın nəticəsini müəyyənləşdirib - 2:1.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "İnter" səfərdə "Simurq" məğlub edib - 1:0.

Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXI tur

15 fevral
Bakı - Neftçi 2:0
Qollar: Cavid Hüseynov, 60. Alberto Noquera, 86.
Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (22. Namiq Ələsgərov, 90+2), 12. Etto, 16. Juninyo, 17. Risto Ristoviç (15. Alberto Noquera, 75), 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 2. Deyvidas Çesnauskis.
Baş məşqçi: Miloinko Pantiç.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo (21. Samir Məsimov, 88), 10. Cavid İmamverdiyev (23. Ruslan Qurbanov, 46), 11. Melvin Platye (14. Bahodir Nasimov, 63), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev. 95. Elvin Bədəlov. 
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Vüqar Mustafayev, 18 (qeyri-idman hərəkəti). Risto Ristoviç, 24 (qeyri-idman hərəkəti). Ruben Qonzalez, 52 (qeyri-idman hərəkəti). Mario Alvarez, 80 (qeyri-idman hərəkəti). Alberto Noquero, 85 (oyunun bərpasını gecikdirdiyi üçün) - Cavid İmamverdiyev, 14 (qeyri-idman hərəkəti). Denis Silva, 19 (qeyri-idman hərəkəti). İqor Mitreski, 34 (qeyri-idman hərəkəti). Ernest Nfor, 52 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Qəbələ - Xəzər Lənkəran 2:3
Qollar: Daniel Subotiç, 26; 65 - Sadio Tounkara, 51. Mbilla Etame, 56; 84.
Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 57), 16. Ruslan Tağızadə, 17. Nuran Qurbanov (8. Nizami Hacıyev, 56), 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 42. Leonardo da Silva, 44. Rafael Santos (19. Abdulvahid Afolabi, 90+1).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Nikola Valentiç, 22. Lourival Assis, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 8. Deyan Blajevski (12. Junior Nildo, 69), 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (7. Sadio Tounkara, 46), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame (30. Elias, 86), 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.
Sarı vərəqələr: İbrahima Niasse, 36 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 45 (qeyri-idman hərəkəti) - Deyan Blajevski, 62 (qeyri-idman hərəkəti). Manul Skarlatake, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Qəbələ şəhər stadionu. 2800 tamaşaçı.

Sumqayıt - Rəvan 1:1
Qollar: Rəhman Hacıyev, 24 - Miloş Adamoviç, 43.
Sumqayıt: 63. Şahruddin Məhəmmədliyev, 3. Vurğun Hüseynov, 4. Samir Abasov, 9. Tərzin Cahangirov (2. Şəhriyar Xəlilov, 81), 10. Uğur Pamuk, 11. Ruslan Nəsirli (77. Ramil Mansurov, 60), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 14. Məhəmməd Qurbanov, 20. Elşad Manafov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirasema (25. Ayaz Mehdiyev, 46), 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k) (30. Cəmşid Məhərrəmov, 78), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 24. Yamin Ağakərimzadə (6. Ceyhun Cavadov, 32), 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Elnur Abdulov. 14. Xuan Manuel Varea, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 90+2 (qeyri-idman hərəkəti) - Yamin Ağakərimzadə, 15 (qeyri-idman hərəkəti). Oke Akpoveta, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1200 tamaşaçı.

Qarabağ - AZAL 2:1
Qollar: Tural Nərimanov, 33. Çumbinyo, 47 - Viktor İbekoyi, 66.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (17. Vüqar Nadirov, 82), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (7. Namiq Yusifov, 90), 25. Ansi Aqolli, 41. Leroy Corc (19. Jaba Dvali, 82), 55. Bədavi Hüseynov, 70. Çumbinyo. 
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 99. Nikolas Gelaşvili.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 5. Murad Ağayev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay (89. Nedo Turkoviç, 85), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasiradze.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 4. Aylton, 8. Qərib İbrahimov, 21. Rey Məmmədbəyli, 27. Rəşad Abdullayev, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Qara Qarayev, 68 (qeyri-idman hərəkəti). Rəşad Sadıqov, 78 (qeyri-idman hərəkəti). Riçard Almeyda, 87 (oyunun bərpasını gecikdirdiyi üçün) - Aleksandr Şemonayev, 59 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 84 (sistematik qayda pozuntusu).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu. 1500 tamaşaçı.

1

Qarabağ

20

11

6

3

32-12

39

2

Neftçi

21

11

5

5

32-23

38

3

Qəbələ

21

12

2

7

32-20

38

4

İnter

21

11

3

7

32-23

36

5

Bakı

21

11

3

7

37-22

36

6

Xəzər L

21

7

8

6

22-28

29

7

Simurq

21

6

7

8

19-19

25

8

AZAL

20

6

7

7

20-27

25

9

Rəvan

21

1

7

13

12-40

10

10

Sumqayıt

21

1

6

14

13-38

9


Bombardirlər: Vaqif Cavadov (İnter) - 10. Daniel Subotiç (Qəbələ) - 9. Reynaldo (Qarabağ), Mbilla Etame (Xəzər Lənkəran) - 8. Rauf Əliyev (Bakı), Mindauqas Kalonas (Bakı), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı) - 6.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X