Azərbaycan Premyer Liqasının XIII turunda "Səbail” səfərdə "Keşlə"nin qonağı olub.
Fanat.Az xəbər verir ki, qonaqların məşqçisi Vüqar Məmməd 2:2 hesabı ilə bitən matç haqda danışıb:
"İki fərqli hissə izlədik. Hesabda geri olsaq da, fasilədən sonra müəyyən dəyişikliklər etdik. Qələbəyə bərabər heç-heçə əldə etdik.
Bir sıra itkilərimiz var idi. Rəqib komandanın futbolçusu Anatol Abanq qırmızı vərəqə aldıqdan sonra təşəbbüsə tam yiyələndik və istəyinizə çatdıq".