Amerika siyasətçiləri 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına qatılmayacaq.
Fanat.Az "USA TODAY" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında məlumat verib:
“Çin Xalq Respublikasının Sindzyandakı soyqırımı və insan haqları pozuntularını nəzərə alaraq Bayden administrasiyası Pekin 2022 Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndə heyəti göndərməyəcək.
Ancaq amerikalı idmançılar tam dəstək olacağıq. Onları evdən 100% dəstəkləyəcəyik."
ABŞ Olimpiya və Paralimpiya Komitəsinin prezidenti Sara Hirşland da bu barədə danışıb: “Prezidentin və onun administrasiyasının davamlı dəstəyini yüksək qiymətləndiririk və bilirik ki, onlar bu qış bizi evdən dəstəkləyəcəklər. Birləşmiş Ştatlar adından yarışmaq şərəf və imtiyazdır. ABŞ komandası həyəcanlıdır və ölkəni qürurlandırmağa hazırdır”.
Xatırladaq ki, 2022-ci il Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.
Emin