AFFA Tula "Arsenal"ının azərbaycanlı futbolçusu Ayaz Quliyevi Azərbaycan yığmasının növbəti tsikldəki oyununa qədər milliləşdirmək istəyir.
Fanat.Az xəbər verir ki, 24 yaşlı Ayaz artıq Rusiya yığmasına düşmək perspektivlərinin azaldığını anladığından ikinci varianta "hə" deməyə yaxındır.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun şəxsən əlaqə saxladığı Quliyevlə "Neftçi"də oynamaq perspektivi də müzakirə edilib. Belə ki, Ayaz üçün legioner statusu ilə Rusiyada oynamaq çətinləşərsə,"ağ-qara" formanı geyinməklə vəziyyəti nizamlaya bilər.
Qeyd edək ki, sözügedən yarımmüdafiəçinin Bakı klubuna keçməsini klub prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasov da arzulayır.