Ötən gün UEFA Çempionlar Liqasının sonuncu turu çərçivəsində Dortmund "Borussiya"sı öz meydanında "Beşiktaş"ı qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Meydandan məğlub ayrılan "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib:
“Çempionlar Liqası çox çətindir. Danışacaq çox şey var, amma indi doğru zaman deyil. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir”.
Sergen Yalçın: "Şampiyonlar Ligi çok zor. Konuşulacak çok şey var ama şu an doğru zaman değil. Bahane üretmek istemiyorum tüm sorumluluk bana ait."📽️pic.twitter.com/GWD3yxyZLv
— Sporx (@sporx) December 8, 2021
Qeyd edək ki, Türkiyə təmsilçisi mübarizə apardığı C qrupunda xal toplaya bilmədiyi üçün sonuncu olub.
Emin