İspaniyanın Barselona şəhərində təşkil olunan şahmat üzrə "Elllobregat Open" turnirində səkkizinci turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən yalnız Aydın Süleymanlı görüşünü qələbə ilə başa vurub. 16 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Şeyx Məhəmmədi yenib.
Məhəmməd Muradlı ağ fiqurlarla Hindistanın digər şahmatçısı Abimanyu Puraniklə "sülh bağlayıb".
Eltac Səfərli isə turu xalsız tamamlayıb. O, özbəkistanlı Nodirbek Abdusattorovə uduzub.
Xalını 6-ya çatdıran Muradlı son tur ərəfəsi yarış cədvəlində 8-ci sırada qərarlaşıb. Səfərli (5,5) 13-cü, Süleymanlı (5) 29-cudur.
Məhəmməd son görüşünü bu gün Arjun Eriqaysiyə (Hindistan) qarşı keçirəcək. Eltac ukraynalı Sergey Fedorçukla, Aydın isə yerli şahmatçı Adrian Suareslə üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə ümumilikdə 150 şahmatçı mübarizə aparır.
Sahib