Ötən gecə UEFA Çempionlar Liqasının VI turu çərçivəsində "Ayaks" (Niderland) "Sportinq"i (Portuqaliya) 4:2 hesabı məğlub edib.
Fanat.Az xəbər verir ki, Niderland təmsilçisinin 27 yaşlı hücumçusu Sebastian Alle turnirdə yüksək performans göstərməkdədir.
Alle dünənki oyunun 8-ci dəqiqəsində penalti zərbəsindən fərqlənərək turnirdə qol sayını 10-a çatdırıb. Kot-d'İvuarlı futbolçu orta hesabla hər 40 dəqiqədən bir qol vurur. O, turnirin qrup mərhələsinin 6 matçında fərqlənib.
Ona qədər ÇL-in qrup mərhələsində yalnız Kriştianu Ronaldu (2017/18 mövsümündə) hər oyunda qol vurub.
Alle maraqlı statistika ilə diqqət çəkir:
• Yalnız Robert Levandovski, Lionel Messi, Kriştianu Ronaldo və Alle Çempionlar Liqasının qrup mərhələsində 10+ qol vurub.
• Alle Çempionlar Liqasında debütünü 15 sentyabrda edib. Cəmi iki ay ərzində o, turnirdə vurulan qol sayına görə bir sıra ulduzları qabaqlayıb. Məsələn, Eden Azarı geridə qoyub. Bundan əlavə, Sebastian ilk 10 qolu Erlinq Hollanddan daha tez vurub.
• Sebastianın hər oyunda orta hesabla 1,6 qolu var. Çempionlar Liqasındakı klubların yarısından çoxu bunu edə bilmir.
Alle yayda "Ayaks"a keçərkən müsahibəsində belə bir fikir səsləndirmişdi: “Mən həqiqətən "Ayaks"da olmaq istəyirdim. Bu klub dünyanın ən yaxşı turnirlərində çıxış edir. Çempionlar Liqasında parlaya biləcəyimi düşünürəm. Buna əminəm”
Qeyd edək ki, Sebastian Alle hazırda qrup mərhələsinin bombardiridir. Robert Levandovski isə 9 qolla ikincidir.
Emin Şəmsiyev