Kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın 2-ci günündə kişilərin 66 və 90, qadınların isə 52 və 70 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Kişilərdə Kəramət Hüseynov (66 kq) və Rüfət İsmayılov (90 kq), qadınlarda Səbinə Əliyeva (52 kq) və Günel Həsənli (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilər
66 kq
1. Kəramət Hüseynov ("Qəbələ" İdman Klubu)
2. Tofiq Əliyev (Gəncə şəhəri)
3. İsmayıl İbrahimov ('Təhsil" İdman-Sağlamlıq Mərkəzi, Sumqayıt)
3. Yaşar Nəcəfov ("Neftçi" İK)
90 kq
1. Rüfət İsmayılov ("2012" Cüdo Klubu)
2. Əjdər Bağırov (DİN İdman Cəmiyyəti)
3. Vüqar Talıbov ("Neftçi" İK)
3. Coşqun Abdullayev (UGİM-13)
Qadınlar
52 kq
1. Səbinə Əliyeva ("Təhsil" İdman-Sağlamlıq Mərkəzi, Sumqayıt)
2. Zeynəb Məmmədova ("2012" Cüdo Klubu)
3. Fidan Qasımova (FHN İSK)
3. Ülviyyə Bayramova ("Neftçi" İK)
70 kq
1. Günel Həsənli ("Zirvə" İK, Abşeron)
2. Südabə Ağayeva ("Atilla")
3. Nəzrin Əliyeva ("Şahin" İK)
Qeyd edək ki, yarış dekabrın 9-dək davam edəcək. Turnir ölkədəki karantin rejiminə görə azarkeşsiz keçirilir.