16:07 09.12.2021 2653

Yunis Hüseynovdan Mahirə məsləhət: "Legiya"dan ayrıl"

Bu yay Polşa "Legiya"sına transfer olunan millimizin futbolçusu Mahir Emreli ilk vaxtlar parlaq oyun nümayiş etdirsə də, bu uğurun davamını gətirə bilmədi. Xüsusilə də son vaxtlar qeyri-stabil çıxış edən həmyerlimiz artıq son həftələrdə komandanın ən zəif futbolçusu seçilir. 

Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Fanat.Az-a açıqlamasında 24 yaşlı futbolçunun zəif performansından danışıb. 56 yalı mütəxəssis Emreliyə klubunu dəyişməyi məsləhət görüb:

"Mən həmişə yerli futbolçuların legioner həyatı yaşamasının faydaları barədə danışmışam. Bunun bizim milli komandaya da xeyri var. Bu, həm də futbolçularımızın daha peşəkar formalaşması və xarici futbol praktikasının artmasına baxımından faydalıdır. Bir sözlə legioner həyatı yaşamaq əladır.

Mahir Emreli Legiya"ya təzə keçəndə qol epizodlarını izləyirdim. Baxımlı qollar vururdu. Amma zaman keçdikcə onda passivlik müşahidə olunur. Mətbuatda oxuduğum qədərilə, klubun yeni baş məşqçisi Marek Qlobievski Mahir barədə narazı fikirlər səsləndirir. Elə bir neçə dəfə Fanat.Az-da Mahirin "Legiya"da ən zəif futbolçu seçildiyi  barədə xəbərlər oxumuşam. 

Hər bir məşqçinin futbolçuya özünəməxsus baxışı var. Mahiri kluba gətirən məşqçi Çeslav Mixineviç komandadan uzaqlaşdırıldı. Ola bilər ki, Mahirin oyunu kluba yeni gələn çalışdırıcının xoşuna gəlmir. Əgər futbolçunun klubda sıxıntısı varsa, yeni klub axtarışına başlamalıdır. Baş məşqçi gələcəkdə ona şans verməsə, Mahir öz formasını itirə bilər. Mahirə məsləhət görərdim ki, başqa komandalardan təklifi olarsa, çox düşünməsin. 

Mətbuata inansaq Çexiya klublarından hansısa onu dəvət etmək istəyir. Mənc,ə təklif ətrafında düşünməyə dəyər. Hazırda onun mecerinin kim olduğunu bilmirəm,  amma ona demək istərdim ki, Mahirə yaxşı bir klub tapıb "Legiya"dan uzaqlaşdırsın. Mahir "Legiya"da qalsa, formasını itirəcək".

Hüseynov Varşava təmsilçisinin çıxışına da toxunub: "Legiya" Polşa çempionatında olduqca zəif təsir bağışlayır. Heç Avropa Liqasında da işləri yaxşı getmir. Cəmi 6 xalları var. Məsələn, bugünkü rəqibi "Spartak"la səfər oyununu tam izlədim. 1:0 qalib gəlmələrinə baxmayaraq, komanda həmin görüşdə də xüsusi üstünlük göstərmədi. Bu gün də "Legiya" üçün çətin olacaq.

Qeyd edək ki, "Legiya" Avropa Liqasının VI turununda bu axşam Rusiya "Spartak"ını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

Facebookdan bizi izləməyi unutmayın.
X