2023-cü ildə keçiriləcək güləş üzrə Avropa çempionatına Bakı ev sahibliyi edəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dünya Güləş Birliyindən ilkin razılıq alınıb.
Yaxın günlərdə qurum nümayəndələrinin paytaxtımıza səfəri gözlənilir. Daha sonra rəsmi qərar açıqlanacaq.
Azərbaycanda bunadək iki dəfə - 2002 və 2010-cu illərdə analoji yarış təşkil olunub.
Qeyd edək ki, AÇ-yə Bakı ilə yanaşı, Xorvatiyanın paytaxtı Zaqrebin namizədliyi irəli sürülüb.
Sahib