Amerikalı tennisçilər Erik və Layl Menendeы qardaşlarının valideynlərini tüfənglə güllələməsindən 32 il keçir.
Fanat.Az xəbər verir ki, buna valideynlərinin onlarla pis davranması səbəb olub.
Son bir neçə ildə Menendeыlərin cinayət işi gündəmə yenidən gəlib.
2017-ci ildən bəri NBC telekanalında onlara həsr olunmuş "Qanun və qayda" serialı hələ də davam edir. "Lifetime TV" isə bu barədə sənədli filmlər yayımlayır.
Menendeslər sosial şəbəkələrdə də kifayət qədər məşhurdur. Belə ki, tanınmış "tiktok" videoportalında "Menendes qardaşları" ən çox axtarışa verilən cümlələrdən biridir. Hazırda minlərlə "tiktok" istifadəçisi "Menendes qardaşları"na görə silinmiş akkauntlarını yenidən qaytarır. "Menendes qardaşları" heşteqindəkı videolar ümumilikdə bir milyarddan çox izləmə sayı yığıb.
Məhkəmə TV 2020-ci ildəki məhkəmə prosesini yayımladıqdan sonra çoxları qardaşlara qarşı ədalətsizlik olunduğunu düşünür. Belə ki, atalarının illərlə onlara qarşı etdiyi cinsi istismar faktının nəzərə alınmayaraq qardaşlara ömürlük həbs cəzası verilməsi tənqidlərə səbəb olub.
Emin Şəmsiyev