Bu gün ölkə kubokunda 1/8 final mərhələsi start götürəcək. Kubok mövsümünün açılış oyununda “Zaqatala” ilə “Səbail” qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, AFFA Hakimlər Komitəsi Zaqataladakı matçın idarəçiliyini Tural Qurbanova tapşırıb.
Oyuna dördüncü hakim kimi Rəşad Əhmədov təyin olunub. Baxmayaraq ki, görüşün hakim-inspektoru mingəçevirli hakimin atası Rövşən Əhmədovdur. Şübhəsiz ki, ata-oğulun eyni briqadaya daxil edilməsi birmənalı qarşılanmayıb.
Mövzunu davam etdirəcəyik...
Mirağa