"Oyun düşündüyümüzdən də ağır alındı".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, Azərbaycan Kubokunun 1/8 final matçından sonra qatıldığı mətbuat konfransında çətin qələbəni dəyərləndirib:
"Heyətdə bəzi dəyişikliklər etməyə, az oynayan futbolçulara şans verməyə çalışdıq. Rəqib aşağı liqanı təmsil etsə də, səviyyə baxımından fərq elə də hiss olunmadı. Oyun bunu deməsə əsas verir. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".
Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.