Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki matç keçilib.
“Keşlə” I Divizion təmsilçilərindən “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i üstələyərək 1/4 finala yüksəlib.
Daha öncə “Səbail” səfərdə “Zaqatala”ya 3:1, “Qəbələ” isə MOİK-ə 2:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.
Azərbaycan kuboku
1/8 final
11 dekabr
15:00. Keşlə – Qaradağ Lökbatan 2:1
Qollar: Samir Abdullayev, 32, Rəhman Hacıyev, 58 - Elnur Səmədov, 7
Keşlə: 85. Kamal Bayramov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 77. Merab Qiqauri, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 4. Şəhriyar Əliyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə, 55. Raul Həsənzadə, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
Qaradağ Lökbatan: 90. Əmrah Zülfiqarlı, 8. Urfan İsmayılov, 7. Elnur Səmədov, 77. Sərxan Abdullayev, 17. Sabir Allahquliyev (k), 21. Novruz Məmmədov, 5. Nodar Məmmədov, 15. Ceyhun Muxtarlı, 6. Xəyal Tomarov, 55. Elnur Cəfərov, 4. Asif Məmmədov
Ehtiyat oyunçular: 1. Zeynal Əhmədzadə, 12. Ruzi Abdullayev, 14. Davud Mahmudov, 33. Fərid Mahmudov, 27. Əlibala Ağayev, 9. Raul Məmmədov, 22. Məhəmməd Tağıyev, 3. Kamran Baloğlanov, 10. Həbib İsmayılov
Baş məşqçi: Rafael Əmirbəyov
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev.
Bakı. “ASK Arena”.
18:00. Sabah – Kəpəz 3:0
Qollar: Coy-Lens Mikels, 57, 61, Kamran Quliyev, 90+2.
Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 8. Şakir Seyidov, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Zurab Oçiqava, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
Kəpəz: 1. Müşfiq Nadirov, 5. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 7. Bəhruz Teymurov, 6. Vüqar Həsənov, 70. Nicat Süleymanov, 80. Tural Rzayev, 4. Vüsal Məsimov, 97. Emil Qasımov, 23. Röyal Əhmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 42. İbrahim Qədirzadə, 24. İlkin Həsənli, 77. Nihat Fərəci, 17. Ümid Səmədov, 15. Cavad Kərimov
Baş məşqçi: Yaşar Vahabzadə
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Masazır. Bank Respublika Arena.