Rapid və blits üzrə dünya çempionatının yeri dəyişib.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) əvvəlcə Nur-Sultanda keçirilməsi planlaşdırılan yarışın Varşavada baş tutacağını açıqlayıb.
Buna koronavirus pandemiyası ilə əlaqədar Qazaxıstan hökumətinin tətbiq etdiyi sərt məhdudiyyətlər səbəb olub.
Tarix isə dəyişməz qalıb. Turnir 25-31 dekabrda təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan şahmatçılarının yarışa qatılıb-qatılmayacağı hələlik məlum deyil.
Sahib